səyyar satıcı

seyyar satıcı

səyyah
səyyarə
OBASTAN VİKİ
Satıcı iclası
Satıcı iclası — rejissoru Bedran Güzel, ssenari müəllifi isə İbrahim Büyükak olan Türkiyə istehsalı komediya filmidir. Filmdə İbrahim Büyükak, Onur Buldu və Doğu Demirkol rol alıb. Film 21 fevral 2020-ci ildə nümayiş olunub. Anadoludan bir satıcı iclası üçün İstanbula gələn Namiq, Adəm və Sadiq, həyatlarının çətin anlarını yaşayarkən bir satıcı görüşündə yolları kəsişir. Gözlənilməz hadisələr nəticəsində özlərini çılğın bir planda görürlər. Üç satıcının bir -birlərinə güvənmək və sağ qalmaq üçün tez hərəkət etməkdən başqa çarələri yoxdur.
Həsən Səyyar
Həsən Səyyar — Azərbaycan şairi.
Səyyar Abdullayev
Səyyar Abdullayev (tam adı: Səyyar Həbib oğlu Abdullayev; 2 iyul 1947) — 2014-cü ilin iyul ayından AMEA Azad Həmkarlar İttifaqının sədr müavinidir. Hazırda institutda şöbə müdiridir, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar İttifaqının sədri. Səyyar Həbib oğlu Abdullayev 1947-ci ildə anadan olmuşdur. 1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul edilmiş, müxtəlif təyinatlı və səviyyəli avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olmuşdur. 1973-1984-cü illərdə müxtəlif təyinatlı informasiya sistemləri üçün proqram təminatının hazırlanması və tətbiqi məsələləri ilə məşğul olmuşdur. 1988-ci ildə sektor müdiri, 1990-cı ildə isə laboratoriya müdiri təyin edilmişdir. 1992-1993-cü illərdə Bakı şəhəri Səhiyyə İdarəsinin və Ali Məhkəmənin fəaliyyətində avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və tətbiqi məsələləri ilə məşğul olmuşdur. 2002-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası www.science.az portalının yaradılmasında yaxından iştirak etmişdir. “Elmi fəaliyyətdə İKT-nin tətbiqi monitorinq informasiya sistemi”nin yaradılmasına rəhbərlik etmişdir.
Səyyar Arazov
Səyyar Quliyev
Səyyar universitet
Səyyar universitet (pol. Uniwersytet Latający) — üç müxtəlif gizli ali təhsil müəssisəsinin qeyri-rəsmi adı. Bunlardan birincisi 1885-ci ildən 1905-ci ilədək Polşa Çarlığında, o birilər 1977-dən 1981-dək Polşa Xalq Respublikasında fəaliyyət göstərmişdilər. PXR dövründə fəaliyyət göstərən iki müəssisə 1885-ci ildən Polşa Çarlığında fəaliyyət göstərmiş və 1905-ci ildən sonra rəsmi Elmi kursları cəmiyyətinə (pol. Towarzystwo Kursów Naukowych), o da öz növbəsində 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmiş gizli birinci Səyyar universitetlə mənəvi əlaqənin mövcudluğuna iddialıydılar. “Səyyar universitet” adı təhsil müəssisələrinin qanuni yerlərinin olmadığı və tələbələr üçün mühazirələrini daim müxtəlif konspirativ yerlərdə keçirdiklərindən gizli vəziyyətindən irəli gəlirdi.. Belə təhsil müəssisələrinin yaradılmasının məqsədi polşalı gənclərə hakim iqtidarın qoyduğu ideoloji tələb və çərçivələrin nəzarətində olmayan təhsil vermək imkanının yaradılması idi. XIX əsrdə Polşada geniş almanlarşdırma və ruslaşdırma siyasəti aparılırdığından burada əsas diqqət polyak özünüdərkinə aid elmi fənnlərin tədrisinə yetirilirdi . Polşa Çarlığı dövründə Səyyar universitetin yaradılması və təşkili təcrübəsi 1939-1944-cü illərdə alman işğalı zamanı polşalı professor-müəllim heyətinə buna bənzər ali kursların təşkilində yardımçı olmuşdur. İkinci dünya müharibəsi illərində gizli ali kurslar Gizli Polşa dövləti quruluşunun və mülki müqavimətin əsas elementlərindən biri idi.
Səyyar Əliyev
Əliyev Səyyar Vəli oğlu (17 mart 1949, Azərbaycan,Ağcabədi rayonu) — Azərbaycan rəssamı, tarix üzrə fəlsəfə doktoru. Səyyar Əliyev 17 mart 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya gəlib. Atası Vəli də, anası Suqra da Azərbaycan dili, ədəbiyyat muəllimi olmuşlar. Əslən Şuşalıdır.Səyyar Əliyev orta məktəb təhsilini Şuşa və Ağcabədidə almışdır. İstehsalat kombinatında mühəndis vəzifəsində çalışmışdır. Şuşadakı Qarabag istirahət mərkəzində müdir işləmişdir. Hələ kiçik yaşlarından rəssamlığa xüsusi marağı olmuşdur. O, məktəb illərindən etibarən bir çox rəsm müsabiqələrinə qatılaraq uğurlar əldə edir. Rəngkarlığa böyük meyli olsa da ali təhsilini Azərbaycan Politexnik Universitetində tamamlayır. Tələbəlik illərini başa vuran Səyyar Əliyev 1973-75-ci illərdə təyinatı üzrə sahələrdə, 1976-90-cı illərdə Şuşa şəhərində ayrı-ayrı müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır.
Səyyar komissiya
Səyyar komissiya — vəzifələri nə coğrafi, nə də funksional baxımdan məhdud olmayan vəzifəli şəxsin vəzifələrini icra edən şəxs və ya qrup. Rəsmi vəzifədə olan şəxsə eyni vəzifədə olan şəxsə müntəzəm olaraq veriləndən daha çox azadlıq verildiyi halda, onlar səyyar komissiyaya malik olurlar. Ənənəvi olaraq, hərbi zabit onlara müəyyən bir vəzifənin vəzifə və məsuliyyətlərini həvalə edən bir komissiyanı qarşılayır. Səyyar komissiya müəyyən hərbi bazada və ya xüsusi dəniz gəmisində xidmət etmə tələbi olmadan tabe olduğu müvafiq xidmət tərəfindən təyin edilmiş hərbi zabitlərə şamil edilir. Səyyar komissiyası olan zabitlər oxşar rütbəli digər zabitlərə nisbətən daha çox sərbəstliyə malik hesab olunduğundan, onlar tez-tez belə vəzifələrə təyin edilirlər ki, onlar rollar və məsuliyyətlər arasında fasilə tədbiri kimi keçə bilsinlər.
Satıcı (film, 2016)
Satıcı — 2016-cı ildə istehsal olunan İran filmi. İranlı rejissor Əsgər Fərhadinin ikinci filmi olaraq ən yaxşı xarici film nominasiyası üzrə “Oskar” mükafatını qazanmışdı. İran istehsalı olan “Satıcı” filmi “Oskar” mükafatına layiq görülmüşdür.
Satıcı iclası (film, 2020)
Satıcı iclası — rejissoru Bedran Güzel, ssenari müəllifi isə İbrahim Büyükak olan Türkiyə istehsalı komediya filmidir. Filmdə İbrahim Büyükak, Onur Buldu və Doğu Demirkol rol alıb. Film 21 fevral 2020-ci ildə nümayiş olunub. Anadoludan bir satıcı iclası üçün İstanbula gələn Namiq, Adəm və Sadiq, həyatlarının çətin anlarını yaşayarkən bir satıcı görüşündə yolları kəsişir. Gözlənilməz hadisələr nəticəsində özlərini çılğın bir planda görürlər. Üç satıcının bir -birlərinə güvənmək və sağ qalmaq üçün tez hərəkət etməkdən başqa çarələri yoxdur.